Birxeber.az / Qərbi Azərbaycan Xronikası: Dünya pisliklərdən qurtulmaq üçün ermənilərdən xilas olmalıdır

Qərbi Azərbaycan Xronikası: Dünya pisliklərdən qurtulmaq üçün ermənilərdən xilas olmalıdır

2-04-2024, 00:40

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı olub.

O, XX əsrin əvvəllərində dünyadakı geosiyasi vəziyyət fonunda ümumən Azərbaycanda, xüsusən də vaxtilə İrəvan xanlığı ərazisi hesab olunan bölgədə hökm sürən ictimai-siyasi vəziyyətdən söhbət açıb. Bildirib ki, ermənilər 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Cənubi Qafqaza, o cümlədən İrəvan quberniyasına köçürülüblər və bölgənin aborigen əhalisi sayılmırlar.

Tarixçi-alimin sözlərinə görə, azərbaycanlıların tarixi torpaqlarına köçürülən ermənilər bu bölgədə yaşayıb, demoqrafik vəziyyətə təsir edib, varlanıb, silahlanıb, daha sonra özlərinin terror təşkilatlarını yaradıblar. Bu təşkilatların başlıca hədəfi bölgənin aborigen əhalisini terror yolu ilə qətlə yetirmək, azərbaycanlılara məxsus torpaqlarda erməni dövləti yaratmaq olub.

Professor vurğulayıb ki, ermənilər XIX əsrdə və XX əsrin əvvəlində Cənubi Qafqazda öz niyyətlərini həyata keçirmək üçün Almaniya imperatorları Birinci Vilhelmə, İkinci Vilhelmə, həmçinin Böyük Britaniya hakimiyyətinə dəfələrlə müraciət edib, dəstək istəyiblər. Lakin Birinci Vilhelm sərt şəkildə bildirib: “Mən bir cılız alman əsgərinin cəsədini bütün erməniliyə dəyişmərəm”. İkinci Vilhelm də ermənilərin müraciətinə rədd cavabı verib ki, bütün ermənilərin hamısını öldürmək, yalnız birini saxlamaq lazımdır. Onu da etnoqrafiya muzeyinə qoymaq üçün. İkinci Vilhelmin erməni məsələsinə baxışı belə idi ki, əgər dünya pisliklərdən xilas olmaq istəyirsə, ilk növbədə ermənilərdən xilas olmalıdır.

M.Qasımlı söyləyib ki, sonda Çar Rusiyasının, ardınca da bolşeviklərin himayəsinə sığınan ermənilər Qafqazda azərbaycanlı, gürcü, rus, yəhudi məmurlara qarşı silsilə terror aktları, sui-qəsdlər törədiblər. Alim deyib ki, Qafqazda azərbaycanlılara qarşı ilk erməni hücumu 1905-1907 və 1918-ci illərdə deyil, XIX əsrin sonlarında İrəvandakı Bazar meydanında təşkil olunub. Ancaq həmin vaxt azərbaycanlı ağsaqqalların, nüfuzlu şəxslərin prosesə çevik müdaxiləsi, soydaşlarımızın özünü son dərəcə təmkinli aparması bu toqquşmanın daha böyük miqyas almasına imkan verməyib. Sonrakı tarixlərdə Azərbaycan ərazilərində baş verən qətliamlara, silahlı quldur dəstələrinə ən məşhur erməni terrorçuları, o cümlədən Andranik, Amazasp, Dro, Nijde və başqaları rəhbərlik ediblər. Azərbaycanlılara qarşı kütləvi terrora, soyqırımlara erməni kilsəsi, din xadimi sayılan keşişlər də böyük dəstək veriblər. 1918-ci ildə Zəngəzurda 150 min azərbaycanlının yaşadığı 400 kənd yer üzündən silinib.

M.Qasımlı qeyd edib ki, Ermənistanda daşnakların hakimiyyəti dövründə terrorçular azərbaycanlı əhalinin 60 faizini, ümumilikdə ölkə əhalisinin 35 faizini, o cümlədən kürdləri, rusları amansızlıqla qətlə yetiriblər. Növbəti illərdə Ermənistanda hakimiyyətə gələn qüvvələr də terrorçu mahiyyətlərini dəyişməyib, azərbaycanlılara münasibətdə soyqırımı, deportasiya, etnik təmizləmə siyasəti yürüdüblər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 1-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

Geri qayıt