Birxeber.az / Hakan Fidan Lavrovla regional məsələləri müzakirə edib

Hakan Fidan Lavrovla regional məsələləri müzakirə edib

1-04-2024, 18:50

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı regional məsələlər və Qara dənizdə naviqasiya təhlükəsizliyi müzakirə olunub.

Geri qayıt