Birxeber.az / Azərbaycan cüdoçusu səhhətindəki problemə görə Qran-pridə iştirak etməyəcək

Azərbaycan cüdoçusu səhhətindəki problemə görə Qran-pridə iştirak etməyəcək

27-01-2024, 12:40

Azərbaycan cüdoçusu Zelim Tçkayev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə iştirak etməyəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, buna 81 kq çəki dərəcəsində yer alan idmançının səhhətindəki problem səbəb olub.

Qeyd edək ki, bu gün Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) tatamiyə çıxacaq.

Geri qayıt