Birxeber.az / Biləcəridə avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb

Biləcəridə avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb

27-01-2024, 11:50

Bakıda “Mercedes” markalı avtomobilin mühərrikini oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt