Birxeber.az / ​​​​​​​Ermənistanda qızılcaya yoluxma hallarının sayı kəskin artıb

​​​​​​​Ermənistanda qızılcaya yoluxma hallarının sayı kəskin artıb

1-04-2024, 15:40

Ermənistanda qızılcaya yoluxma hallarının sayı kəskin artıb, ötən həftə bu göstərici 41 olub.

“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, qızılcaya yoluxma hallarının ümumi sayı 786-ya yüksəlib. Xəstəliyə yoluxanların 18-i uşaqdır. Bu ilin məlumatına görə, qızılcaya 241 xəstə yoluxub. Onlardan 141 uşaqdır. 22 nəfər xəstəxanaya yerləşdirilib.

Geri qayıt