Birxeber.az / Abşeronda 18 gün əvvəl maşın vuran piyada xəstəxanada ölüb

Abşeronda 18 gün əvvəl maşın vuran piyada xəstəxanada ölüb

1-04-2024, 14:50

Abşeronda 18 gün öncə maşın vuran 21 yaşlı oğlan bu gün ölüb.

APA xəbər verir ki, hadisə martın 14-də Xırdalanda baş verib. Yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Mirtural Ramil oğlu Səlimovu maşın vurub. Aldığı xəsarətlərdən komaya düşən gənc 18 gün ərzində xəstəxanada müalicə olunub.

Mirtural Səlimov bu gün xəstəxanada dünyasını dəyişib. Fakt araşdırılır.

Geri qayıt