Birxeber.az / Sədərək rayonunda yardımçı tikilidə baş verən yanğın söndürülüb

Sədərək rayonunda yardımçı tikilidə baş verən yanğın söndürülüb

27-01-2024, 11:50

Sədərək rayon Dəmirçi kəndində yardımçı tikilidə baş verən yanğın söndürülüb.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sədərək rayonun Dəmirçi kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində tikilinin çardağın yanar konstruksiyaları yanıb. Tikiliyə bitişik olan yardımçı tikili (tövlə) yanğından xilas edilib.

Geri qayıt