Birxeber.az / Mustafa Denizlinin qızı bələdiyyə sədri olub

Mustafa Denizlinin qızı bələdiyyə sədri olub

1-04-2024, 13:50

Türkiyənin bəzi bölgələrində 2024-cü il yerli seçkilərlə bağlı sürpriz nəticələr qeydə alınıb.

Apasport.az xəbər verir ki, məşhur Məşqçi Mustafa Denizlinin qızı Lal Denizli İzmirin Çeşme rayonunda seçkilərdə qalib gəlib.

Cümhuriyyət Xalq Partiyasından (CHP) bələdiyyə başqanlığına namizəd olan Lal Dənizli Çeşmənin ilk qadın bələdiyyə sədri olub.

Lal Dənizli açıqlamasında Çeşmə xalqına təşəkkürünü bildirib: "Çeşməlilərin lütfü ilə önümüzdəki 5 il ərzində böyük şərəf və qürurla Çeşmə bələdiyyə başçısı vəzifəsində çalışacağam. Mənə Çeşmenin ilk qadın bələdiyyə sədri olma xoşbəxtliyini yaşadan bütün həmvətənlərimə təşəkkür edirəm. Yeddidən yetmişə bütün vətəndaşlarımıza xidmət edib, sizin rifahınız üçün çalışacağam".

Qeyd edək ki, Mustafa Denizli "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş" kimi klubların baş məşqçisi olub. Türkiyəli mütəxəssis 2013/14-cü illərdə "Xəzər Lənkəran" komandasını çalışdırıb. O, Lənkəran klubu ilə 18 matça çıxıb, 7 qələbə, 6 bərabərlik, 5 məğlubiyyət ilə yadda qalıb.

Geri qayıt