Birxeber.az / XİN rəhbəri: Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil

XİN rəhbəri: Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil

27-01-2024, 11:50

"Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə irəli aparır".

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Ermənistanı bütün platformalarda ifşa etməyə davam edir:

"Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil. Ekspertlər yaxşı bilirlər ki, proses belə olmur. Təxminən 1000 kv. kilometr ərazi son 3 ildə minalanıb. Bu, son illərdə baş vermiş prosesdir. Bunların xəritəsi mövcud deyil?! Bu təzyiqlər sayəsində Ermənistan özünü təmizə çıxarmaq üçün mina xəritələrini təqdim edib. Hazırda mütəxəssislər o xəritələr üzərində çalışır".

Qeyd edək ki, Ermənistan MTX Azərbaycana 8 yeni mina xəritəsinin təqdim olunacağını vəd edib.

Geri qayıt