Birxeber.az / Qobuda hərbi sursatın aşkar edilib

Qobuda hərbi sursatın aşkar edilib

27-01-2024, 11:50

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Geri qayıt