Birxeber.az / Azərbaycan "Koç Holding" və "Aksoy Holding" ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan "Koç Holding" və "Aksoy Holding" ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

1-04-2024, 13:40

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Koç Holding" və "Aksoy Holding" şirkətlərinin nümayəndələri ilə Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivlərini müzakirə edib.

Birxeber.Az” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir”, – M. Cabbarov qeyd edib.

#Azərbaycan-#Türkiyə birliyi və uğurlu #iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir. Türkiyənin "Koç Holding" (@kocholding) və "Aksoy Holding" şirkətlərinin nümayəndələri ilə keçirdiyimiz görüşdə ölkəmizdə… pic.twitter.com/67M4Ti8ivr

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 1, 2024
Geri qayıt