Birxeber.az / Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirində görüşləri 55 hakim idarə edəcək

Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirində görüşləri 55 hakim idarə edəcək

1-04-2024, 13:40

Bakıda keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində görüşləri 55 hakim idarə edəcək.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, onlardan ikisi Azərbaycan təmsilçisi olacaq: “Hamısı 1S, yəni ən yüksək kateqoriyalı hakimlərdir. Azərbaycanı ədalət təmsilçilərindən Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcəklər”.

Mətbuat katibi Rusiyanın “Matç TV” kanalının da çəkiliş üçün Bakıya gələcəyini sözlərinə əlavə edib: “Ancaq ümumilikdə ölkə xaricindən təxminən 5-10 jurnalist gələcək. Azərbaycandan isə 80-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib”.

Qeyd edək ki, aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək Olimpiya Təsnifat turnirində 33 ölkənin 297 güləşçisi mübarizə aparacaq. Yarışda hər çəkinin finalçıları Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Geri qayıt