Birxeber.az / Nazir: "Azərbaycanın Rumıniya ilə əməkdaşlığı genişləndirməsi üçün maneə yoxdur"

Nazir: "Azərbaycanın Rumıniya ilə əməkdaşlığı genişləndirməsi üçün maneə yoxdur"

1-04-2024, 12:40

Azərbaycanla Rumıniya arasında əməkdaşlığı genişləndirmək üçün heç bir maneə yoxdur.

"Birxeber.Az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, iki ölkənin iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, ticarət dövriyyəsi artır və ötən il 29,3 % müsbət dinamika qeydə alınıb.

"Müştərək Komissiyanın bu və növbəti iclasları müxtəlif sahələrdə əlaqələri artıracaq. Bu gün enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə müzakirələr aparacağıq. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədi ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaradıb, bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - deyə nazir vurğulayıb.

Geri qayıt