Birxeber.az / Azərbaycan millisinin üzvü: Voleybola qayıda bilsəm, dönüşüm çox güclü olacaq

Azərbaycan millisinin üzvü: Voleybola qayıda bilsəm, dönüşüm çox güclü olacaq

1-04-2024, 12:40

Voleybola qayıda bilsəm, dönüşüm çox güclü olacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Tural Həsənli deyib.

33 yaşlı idmançı hazırda müalicəsini davam etdirdiyini bildirib: “Tezliklə tam sağalacağıma ümid edirəm. Hazırda müalicəmi davam etdirirəm. Bərpa məşqlərinə hələ start verməmişəm. Çünki ona qədər sağalma prosesini geridə qoymalıyam. Tez bir zamanda fiziki hazırlıqlara başlayacağımı düşünürəm”.

T.Həsənli karyerasını bərpa edib-etməyəcəyini hələ dəqiqləşdirməyib. Lakin o, voleybola dönəcəyinə inanır: “Bu barədə qərar vermək asan deyil. Qayıtsam belə, bu, ən yaxşı halda növbəti mövsüm baş tuta bilər. “Xarı Bülbül” fəaliyyətini bərpa etsə, bu layihədə yer almaq xoş olar. Bu variant olmasa, ölkə xaricindəki klubların təkliflərini dəyərləndirəcəyəm”.

Qeyd edək ki, Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda reallaşan cavab oyunu (1:3) ərəfəsində səhhətində problem yaranıb. O, kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.

Geri qayıt