Birxeber.az / ABŞ Ədliyyə Nazirliyi Vaşinqtonda cinayətlərin artması ilə əlaqədar tədbir görmək niyyətindədir

ABŞ Ədliyyə Nazirliyi Vaşinqtonda cinayətlərin artması ilə əlaqədar tədbir görmək niyyətindədir

27-01-2024, 11:40

ABŞ Ədliyyə Nazirliyi 2023-cü ildə Vaşinqtonda cinayətkarlığın artması ilə əlaqədar əlavə tədbirlər görmək niyyətindədir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

“Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi daxil olmaqla, bu istiqamətdə görüləsi çox iş var”, - ABŞ-nin Baş prokuroru Merrik Qarlend deyib.

Nazirlik xüsusilə Vaşinqtonda odlu silahdan qeyri-qanuni istifadə və avtomobil oğurluğu ilə mübarizə üçün ixtisaslaşmış qrup cəlb etmək niyyətindədir.

Polisin məlumatına görə, son bir ildə ABŞ-nin paytaxtında cinayətlərin sayı xeyli artıb. Məsələn, 2022-ci ildə Vaşinqtonda 203, 2023-cü ildə isə 274 (artım 35 faiz) qətl hadisəsi baş verib. Oğurluqların sayı 2022-ci ildə 2076 idisə, 2023-cü ildə 3470-ə yüksəlib (67 faiz).

Geri qayıt