Birxeber.az / Antiterror əməliyyatının ilk dövründə Ermənistanın 200-dən çox optik-elektron və müşahidə kamerası sıradan çıxarılıb

Antiterror əməliyyatının ilk dövründə Ermənistanın 200-dən çox optik-elektron və müşahidə kamerası sıradan çıxarılıb

1-04-2024, 10:50

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılıb.
Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Geri qayıt