Birxeber.az / Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

1-04-2024, 10:40

Polis əməkdaşları həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlayıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaraatan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin, martın 30 və 31-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Geri qayıt