Birxeber.az / Balakəndə kömür sexində yanğın baş verib

Balakəndə kömür sexində yanğın baş verib

1-04-2024, 08:50

Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kv/m olan kömür istehsalı sexində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 03:00 radələrində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hadisə nəticəsində sexin dam örtüyünün 100 kv/m-lik səhəsinin yanar konstruksiyaları yanıb.

Sexin qalan hissəsi, kömür istehsal edən 4 ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt