Birxeber.az / Türkiyə MSK-nın sədri: "Bələdiyyə seçkilərində səsvermə sakit keçib"

Türkiyə MSK-nın sədri: "Bələdiyyə seçkilərində səsvermə sakit keçib"

31-03-2024, 19:40

"Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener yerli telekanalların efirində jurnalistlərə bildirib.

"Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.

Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq"-deyə, o bildirib.

Geri qayıt