Birxeber.az / Baş Prokurorluq: Sumqayıtda yeniyetmənin ölümü araşdırılır - YENİLƏNİB

Baş Prokurorluq: Sumqayıtda yeniyetmənin ölümü araşdırılır - YENİLƏNİB

31-03-2024, 12:40

Sumqayıtda yeniyetmənin ölümü araşdırılır.

"Birxeber.Az"un xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir, martın 31-də saat 7 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

12:08

Sumqayıtda uşaq meyiti aşkarlanıb.

"Birxeber.Az"un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində dənizkənarı ərazidə qeydə alınıb.

Onun yaşı və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt