Birxeber.az / Qəbələ sakinini ilan sancıb

Qəbələ sakinini ilan sancıb

31-03-2024, 09:50

Qəbələ sakinini ilan sancıb.

Birxeber.Az-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Geri qayıt