Birxeber.az / “Crocus City Hall”da keçirilən anım mərasimində 130-dan çox diplomatik nümayəndəlik iştirak edib

“Crocus City Hall”da keçirilən anım mərasimində 130-dan çox diplomatik nümayəndəlik iştirak edib

30-03-2024, 18:40

Rusiyanın Moskva vilayətində martın 22-də baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinə “Crocus City Hall”da memorial önünə gül dəstələri qoyulması mərasimində 130-dan çox diplomatik nümayəndəliyin əməkdaşları iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin məlumatında bildirilib.

Bir dəqiqəlik sükutla başlayan mərasimdə xarici ölkələrin diplomatları: Asiya, Afrika, MDB, Yaxın Şərq, Latın Amerikası, Avropa ölkələrinin nümayəndələri iştirak ediblər.

İştirakçılar arasında Belarus, Vatikan, Misir, Avroa İttifaqı, Mərakeş, Livan, Nikaraqua, Fələstin, Serbiya, Suriya, ABŞ, Sierra Leone və Türkiyənin səfirləri olub.

Geri qayıt