Birxeber.az / "Liverpul" yeni baş məşqçi ilə bağlı qərarını təsdiqləyib

"Liverpul" yeni baş məşqçi ilə bağlı qərarını təsdiqləyib

30-03-2024, 17:40

İngiltərənin "Liverpul" klubu yeni baş məşqçi ilə bağlı qərarını təsdiqləyib.

"Report" İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub "Sportinq"in baş məşqçisi Ruben Amorimi "sükan arxasına" gətirməyi hədəfləyib.

Portuqaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilə qədər olan mütəxəssisin təzminat məbləği 15 milyon avrodur.

Komandanın hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı.

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 30 turdan sonra 64 xalla ikincidir. Komanda eyni xala malik, birinci yerdə olan "Arsenal"dan yalnız top fərqində geri qalır.

Geri qayıt