Birxeber.az / Bərdədə Ağdam sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb

Bərdədə Ağdam sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb

30-03-2024, 14:50

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdam rayon sakini Camal Hüseynov saxlanılıb. Həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Birxeber.Az-ya bildirilib ki, C.Hüseynov narkotik vasitəni satış məqsədi əldə etdiyini bildirib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Geri qayıt