Birxeber.az / Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

30-03-2024, 12:40

Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.

"Birxeber.Az"un yerli bürosu məlumat verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt