Birxeber.az / Ölkənin şimal rayonlarında 20 Yanvar şəhidləri anılıb

Ölkənin şimal rayonlarında 20 Yanvar şəhidləri anılıb

20-01-2024, 15:40

Azərbaycanın şimal bölgəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, anım mərasimində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin başçıları, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şimal rayonlarının rəhbərləri, şəhid ailələri və yerli hüquq mühafizə orqanları ilə birlikdə vətənin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirəsi ehtiramla yad edilərək şəhidlərin xatirə lövhələri önünə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

Çıxışlar zamanı bildirilib ki, 1990-cı il yanvarın 20-si öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Sonra saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb, səs siqnalları verilib.

Geri qayıt