Birxeber.az / Naxçıvanda dövlət mülkünə ziyan vurulub - FOTO

Naxçıvanda dövlət mülkünə ziyan vurulub - FOTO

30-03-2024, 11:50

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan suvarma şəbəkəsinə zərər vurulub.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yerləşən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan 810 hektar qapalı suvarma şəbəkəsinə mart ayının 29-da idarə əməkdaşları tərəfindən baxış keçirilərkən, ümumi dəyəri 627 manat olan 2 ədəd DN100/PN16 siyirtmənin və 4 metr uzunluğunda DN100/PN16 olan plastik boru birləşmələrinin naməlum şəxs və ya şəxslər tərəfindən yandırılaraq tam yararsız hala salındığı aşkar olunub.

Bununla əlaqədar tərtib olunmuş sənədləri mövcud qanunvericiliyə uyğun baxılıb, günahkarların cəzalandırılması və dövlət büdcəsinə dəymiş ziyanların bərpa etdirilməsi üçün, Kəngərli Rayon Prokurorluğuna və Polis Şöbəsinə təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt