Birxeber.az / Bakı və Qubada biri hamilə olmaqla 2 qadın dəm qazından zəhərlənib

Bakı və Qubada biri hamilə olmaqla 2 qadın dəm qazından zəhərlənib

30-03-2024, 10:40

Bakının Yasamal rayonunda 74 yaşlı, Quba şəhərində isə 27 yaşlı hamilə qadın dəm qazından zəhərlənərək ölüb.

"Report"un məlumatına görə, Yasamalda 1950-ci il təvəllüdlü Vera İvanovna Binyatovanın yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib. O, həmin vaxt evdə olan nəvəsi tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

Bundan başqa, Qubada 2 azyaşlı uşağı olan 4 aylıq hamilə olmuş Niftəliyeva Fidan Əbil qızı hamam otağına sızan dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Geri qayıt