Birxeber.az / Zelenski: “ABŞ-nin dəstəyi olmasa Ukrayna Ordusu geri çəkiləcək”

Zelenski: “ABŞ-nin dəstəyi olmasa Ukrayna Ordusu geri çəkiləcək”

30-03-2024, 00:50

ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.

"ABŞ-nin dəstəyinin olmaması bizim hava hücumundan müdafiə sistemimizin, “Patriot” üçün raketlərimizin, 155 mm-lik artilleriya mərmilərimizin olmaması deməkdir. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, - Zelenski vurğulayıb.

Zelenski sursat çatışmazlığını misal çəkərək qeyd edib ki, əgər kifayət qədər sursat olmasa, Ukrayna cəbhə xəttini “daraltmağa” məcbur olacaq.

Geri qayıt