Birxeber.az / Ekvadorda iğtişaşlar başlayandan sonra 4 minə yaxın adam saxlanılıb

Ekvadorda iğtişaşlar başlayandan sonra 4 minə yaxın adam saxlanılıb

27-01-2024, 05:40

Ekvadorun silahlı qüvvələri və polisi həbsxanada iğtişaşlar başlayandan bəri 3 886 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Penitensiar xidməti məlumat yayıb.

Qeyd olunub ki, onlardan 237-si terrorçuluqda şübhəli bilinir. Cinayətkarlıqla mübarizədə 46 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib, bu əməliyyatlar zamanı 1,3 mindən çox odlu silah, 5,2 minə yaxın partlayıcı qurğu və 35 tondan çox narkotik maddə götürülüb.

Girovluqdan azad edilən polis və Penitensiar xidmətin zabitlərinin sayı 200-ü ötüb.

Geri qayıt