Birxeber.az / Sumqayıtda zavodda başına boru düşən fəhlə ölüb

Sumqayıtda zavodda başına boru düşən fəhlə ölüb

29-03-2024, 17:40

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.

Müəssisənin istehsalat sahəsində işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin başına boru düşüb. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt