Birxeber.az / “Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb

29-03-2024, 17:40

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb.

“Birxeber.Az” xəbər verir ki, Viymsi qəsəbəsini təmsil edən komanda yarışı üçüncü yerdə başa vurub.

“Qarabağ” bürünc mükafat uğrunda görüşdə “Tartu Ravens”i 3:0 hesabı ilə məğlub edib. Komandanın qollarına Yuri Dmitrienko və Vitali Kateryunin (2) imza atıblar.

Qeyd edək ki, “Qarabağ”ın sahibi azərbaycanlı iş adamı Emin Munşiyevdir.

Geri qayıt