Birxeber.az / Salyan sakinindən 2,5 kq heroin götürülüb

Salyan sakinindən 2,5 kq heroin götürülüb

29-03-2024, 14:50

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, H.Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Geri qayıt