Birxeber.az / CAR-ın sabiq prezidenti yol qəzasına düşüb

CAR-ın sabiq prezidenti yol qəzasına düşüb

29-03-2024, 12:50

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zuma dünən gecə avtomobil qəzasına düşüb.


Birxeber.Az “News24” ə istinadən xəbər verir ki qəza, onun avtomobil karvanındakı avtomobillərdən birinin KvaZulu-Natalda Gingindlovu və Eshowe şəhərləri arasında qəzaya uğraması nəticəsində baş verib.

Sabiq prezidentin heç bir zərər görmədiyi bildirilib.

Lamiyə Rzayeva

Geri qayıt