Birxeber.az / İtaliya klubu baş məşqçisi ilə yeni müqavilə imzalamağa hazırlaşır

İtaliya klubu baş məşqçisi ilə yeni müqavilə imzalamağa hazırlaşır

29-03-2024, 12:40

İtaliyanın "İnter" klubu baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

47 yaşlı mütəxəssisin komanda ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Rəhbərlik İnzaqinin işindən razıdır və onu mümkün qədər uzun müddət komandada saxlamaq istəyir.

Qeyd edək ki, "İnter" İtaliya A seriyasında 76 xalla liderdir.

Geri qayıt