Birxeber.az / Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb

Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb

29-03-2024, 11:40

2023-cü ildə Azərbaycana xaricdən köçürülmüş 1 milyard 655 milyon ABŞ dollarının 1 milyard 47 milyon dolları Rusiyanın payına düşüb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, növbəti yerlərdə Türkiyə (164 milyon ABŞ dolları), ABŞ (73,8 milyon ABŞ dolları), Gürcüstan (37,5 milyon ABŞ dolları), Böyük Britaniya (33,2 milyon ABŞ dolları) qərarlaşıb.

Geri qayıt