Birxeber.az / Yəmən sahillərində ticarət gəmisi vurulub

Yəmən sahillərində ticarət gəmisi vurulub

26-01-2024, 23:50

Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə üzən ticarət gəmisi raketlə vurulub.

APA xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasında deyilir ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç kəs xəsarət almayıb.

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) da Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verib, lakin baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb. "UKMTO-ya Ədəndən 60 dəniz mili cənub-şərqdə insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırırlar. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilir", - deyə məlumatda bildirilib.

Geri qayıt