Birxeber.az / Yunanıstan hökumətinin iki üzvü istefa verib

Yunanıstan hökumətinin iki üzvü istefa verib

29-03-2024, 04:40

Yunanıstan hökumətinin iki üzvü istefa verib.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Dövlət naziri Stavros Papastavrou və Baş nazirin müavini Yiannis Bratakos istefalarını Baş nazir Kiriakos Mitsotakisə təqdim ediblər.

Baş nazir istefaları qəbul edib və əməkdaşlığa görə təşəkkür edib.

Vəzifəli şəxslərin istefa səbəbləri rəsmi şəkildə açıqlanmır.

Yunanıstanın “Pronews.gr” informasiya portalı yazıb ki, Baş nazir kabinetin Yunanıstanın “Vima”, “Nea” qəzetlərinin sahibi ilə münasibət qurmaq cəhdini ört-basdır etmək üçün nazirləri işdən çıxarıb.

Geri qayıt