Birxeber.az / KİV: Somalidə güclü partlayış olub, ölən və yaralananlar var

KİV: Somalidə güclü partlayış olub, ölən və yaralananlar var

29-03-2024, 00:40

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Baidoa” portalı məlumat yayıb.

Məlumata görə, Afqoye və Xuşun keçmiş nəzarət-buraxılış məntəqələri arasındakı Darkeynley bölgəsində baş verib.

Qeyd edilir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Lakin onların sayı açıqlanmır.

Geri qayıt