Birxeber.az / Lavrov: "Ermənistan Rusiya ilə münasibətləri bilərəkdən korlamağa çalışır"

Lavrov: "Ermənistan Rusiya ilə münasibətləri bilərəkdən korlamağa çalışır"

28-03-2024, 21:50

Ermənistan bilərəkdən Rusiya Federasiyası ilə münasibətləri korlamağa çalışır.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət nikbinlik yaratmır.

"Ermənistan rəhbərliyi, açığını desəm, işi son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına aparır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov vurğulayıb ki, İrəvanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən Rusiya hərbçilərinin, sərhədçilərin, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) böhtanında özünü göstərir:"İrəvanda xatırlamırlar ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərində gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub".

Nazir xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib və Aİ-nin oxşar missiyasını ölkəyə çağırıb: "Nəticədə bu (missiyanın tərkibi-red), ikiqat artırıldı və indi Norveç, Kanada və ABŞ-dan hərbçilər ora göndərilir ki, bu da Aİ missiyasını NATO missiyasına çevirib".

Geri qayıt