Birxeber.az / NATO müttəfiqləri Ukraynanın müdafiəsini gücləndirməyə davam edəcək

NATO müttəfiqləri Ukraynanın müdafiəsini gücləndirməyə davam edəcək

28-03-2024, 21:50

NATO-ya üzv ölkələr Ukraynanın müdafiəsinin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

APA xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının Brüsseldə səfirlər səviyyəsində keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

“NATO-Ukrayna Şurası Rusiyanın Ukraynaya son hava hücumlarından sonra martın 28-də iclas keçirib. Müttəfiqlər Rusiyanın hava zərbələrini qətiyyətlə pisləyib və Ukraynanın müdafiəsini daha da gücləndirməyə sadiq olduqlarını təsdiqləyiblər”, - bəyanatda deyilir.

Geri qayıt