Birxeber.az / Həmid Heriscinin son vəziyyəti açıqlanıb

Həmid Heriscinin son vəziyyəti açıqlanıb

26-01-2024, 22:50

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisci təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.

Pasientin vəziyyəti ağır qiymətləndirilir.

Geri qayıt