Birxeber.az / Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq

Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq

28-03-2024, 18:40

Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Birxeber.Az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geri qayıt