Birxeber.az / Azərbaycan fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

Azərbaycan fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

26-01-2024, 22:40

Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İzmir şəhərində keçirilən "Ephesus Cup" turnirində dünya çempionatına vəsiqə qazanıb.

"Birxeber.Az" xəbər verir ki, idmançı yarışda 128,27 xalla ikinci yeri tutub.

Səbinə Əliyeva 2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

Geri qayıt