Birxeber.az / Bərdədə mopedlə avtomobil toqquşub, xəsarət alan var

Bərdədə mopedlə avtomobil toqquşub, xəsarət alan var

28-03-2024, 14:50

Bərdədə yol qəzasl baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt