Birxeber.az / "Formula 1"in sahibi MotoGP-ni almağı planlaşdırır

"Formula 1"in sahibi MotoGP-ni almağı planlaşdırır

28-03-2024, 14:40

"Formula 1"in sahibi olan "Liberty Media" MotoGP və WorldSBK motosiklet yarışlarının hüquqlarına sahib olan "Dorna"nı almağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri iddia irəli sürüb.

Tərəflər arasında razılaşmanın olduğu da vurğulanıb.

Rəsmi açıqlamanın növbəti ayda veriləcəyi gözlənilir.

Geri qayıt