Birxeber.az / Sumqayıtda evdən 61 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda evdən 61 yaşlı kişinin meyiti tapılıb

26-01-2024, 21:40

Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt