Bu ilin yanvar-fevral aylarında Rusiyada qaz hasilatı ötən ilin iki qış ayı ilə müqayisədə 11,3% artaraq 110 mlrd. kubmetrə çatıb.
Bu barədə “Birxeber.Az-Economics" Rusiyanın Federal Dövlət Statistika Xidmətinə (Rosstat) istinadən xəbər verir.
Məlumata görə, fevralda cari ilin yanvar ayı ilə müqayisədə bu göstərici 2,5% azalıb, ötən ilin fevral ayı ilə müqayisədə isə 16,3% artıb.
Qeyd olunur ki, cari ilin yanvar-fevral aylarında Rusiyada səmt qazı hasilatı illik müqayisədə 3,7% artaraq 17,9 mlrd. kubmetrə çatıb.