Birxeber.az / Baş Prokurorluğun sabiq mətbuat katibi Eldar Əfəndiyev vəfat edib

Baş Prokurorluğun sabiq mətbuat katibi Eldar Əfəndiyev vəfat edib

28-03-2024, 10:50

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.

APA xəbər verir ki, Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.

Geri qayıt