Birxeber.az / Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb

Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb

28-03-2024, 09:40

Lənkəran rayonunda ağır avtoqəza olub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, zəncirvari qəzada "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "VAZ-2109"da olan sürücü və oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt